Qərb Hindistan və Asiya ölkələrinə xəbərdarlıq etdi

   Qərb Hindistan və Asiya ölkələrinə xəbərdarlıq etdi
  25 Aprel 2022    Oxunub:1149
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyeyen Hindistanı və Hind-Sakit okean regionu ölkələrini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Onun sözlərinə görə, Brüssel Rusiyanın Ukraynadakı hərbi əməliyyatını öz təhlükəsizliyinə birbaşa təhdid hesab edir və Aİ-nin bu əməliyyatın Rusiya Federasiyasının strateji məğlubiyyəti ilə başa çatmasıüçün bütün gücü ilə çalışacağını vurğulayıb.
O, həmçinin bildirib ki, Hind-Sakit okean regionu ölkələri artıq Ukraynadakı münaqişənin nəticələri ilə üz-üzədir: “COVID-19 pandemiyasının vurduğu ölkələr indi taxıl, enerji və gübrələrin bahalaşmasına qarşı mübarizə aparmaq məcburiyyətindədirlər”.

AK rəhbəri Rusiya və Çin arasında geniş tərəfdaşlığı xatırladıb, Hindistan və Asiya ölkələrini Çinlə tərəfdaşlığa qarşı xəbərdar edib, xüsusən də onları əsas nəqliyyat, sənaye və texnoloji infrastruktura Çin investisiyalarına icazə verməməyə çağırıb. Bunun müqabilində o, Hindistan və Asiya arasında Avropa ilə ortaq dəyərlərə və qanunun aliliyinə əsaslanan qarşılıqlı ticarəti genişləndirməyə çağırıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qərb   Hindistan  



Xəbər lenti