Çin Solomon adalarında hərbi baza tikmir

Çin Solomon adalarında hərbi baza tikmir
  25 Aprel 2022    Oxunub:795
Çin Solomon adalarında hərbi baza tikmək layihəsinin həyata keçirilməsi ilə məşğul deyil.
AzVision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

Onun sözlərinə görə, Çinin Solomon adalarında hərbi baza tikməsi ilə bağlı fərziyyələr öz gizli məqsədləri olan kiçik bir qrup insanın uydurmasıdır. O, həmçinin vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq beynəlxalq hüquq normalarına uyğundur və tamamilə şəffafdır.


İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti