Polşa Ukraynaya ən çox silah göndərən ikinci ölkədir

   Polşa Ukraynaya ən çox silah göndərən ikinci ölkədir
  25 Aprel 2022    Oxunub:1139
“Ukraynaya silah tədarükünə görə Polşa ABŞ-dan sonra ikinci yerdədir”.
AzVision.az xəbər verir ki, bu barədə RMF radiostansiyasının efirində Polşa hökuməti başçısının aparatının rəhbəri Mixal Dvorçik bildirib. Onun sözlərinə görə, çatdırılmaların təfərrüatları barədə məlumat verilmir:

"Ancaq aydınlaşdırmaq lazımdır ki, Polşa ABŞ-dan dərhal sonra Ukraynaya ən çox silah göndərən dövlətdir". Qeyd edək ki, Polşa artıq Ukraynaya 7 milyard zlot (1,6 milyard dollar) dəyərində silah tədarük edib.


İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Polşa  



Xəbər lenti