Fransada prezident seçkilərində səs verməyənlərin sayı artır

   Fransada prezident seçkilərində səs verməyənlərin sayı artır
  25 Aprel 2022    Oxunub:939
Fransada keçirilən prezident seçkilərinin ikinci turunda bitərəflərin sayının artması narahatlıq doğurub. Artıq 1969-cu və 2017-ci illərdən sonra üçüncü dəfədir ki, prezident seçkilərində bitərəf qalanların sayı artır.
AzVision.az xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan yekun nəticələrə görə, prezident seçkilərinin ikinci turu üçün bitərəflərin faizi V Respublika tarixində ikinci ən yüksək səviyyəyə çatıb. Belə ki, ikinci turda ölkədə qeydə alınmış seçicilərin 28,2 faizi seçkiyə getməyib. Yalnız 1969-cu ildə daha çox seçici (31,1%) Jorj Pompidu ilə Alən Poer arasında mübarizə zamanı seçkilərdə iştirakdan imtina edib. 2017-ci ildə isə bitərəflik 25,4 faiz təşkil etmişdi.

Ipsos-Sopra Steria şirkətinin apardığı sorğuların nəticəsinə görə, bitərəflərin 25 faizi “sadəcə bir namizədin qarşısını almaq üçün səs verməli olduqlarını” deyiblər. Halbuki, 2017-ci ildə də belə vəziyyət olmasına baxmayaraq, həmin vaxt “hansısa namizədin qarşısını almaq” məntiqi olmamışdı. 2022-ci ildə yenidən belə vəziyyətin formalaşması bu məntiqin yaranmasına səbəb olub və bu da bitərəflərin sayını artırıb. Beləliklə, biri “Milli Birlik” partiyasına, digəri isə Prezidentə qarşı olan iki mənfi dinamikanın üst-üstə düşməsi bitərəfliliyin artmasına səbəb olub.

AzVision.az



Teqlər: Fransa  



Xəbər lenti