Ukrayna müharibəsi Avropada sosial problemlərə səbəb ola bilər

   Ukrayna müharibəsi Avropada sosial problemlərə səbəb ola bilər
  25 Aprel 2022    Oxunub:950
Ukrayna münaqişəsi son nəticədə bir sıra Avropa ölkələrində sosial və iqtisadi problemlərə gətirib çıxara bilər.
AzVision.az xəbər verir ki, bunu “Hürriyet” qəzetinə müsahibəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Müharibə uzanarsa, Avropa ölkələrində sosial və iqtisadi problemlər yaranacaq və bu vəziyyət xalqlara təsir edəcək”, - deyə nazir hansı Avropa dövlətlərindən bəhs etdiyini açıqlamayıb.

Eyni zamanda, Akar, qəzetin yazdığına görə, jurnalistin Türkiyənin Finlandiyanın NATO-ya mümkün daxil olmasına dəstək olub-olmaması sualını cavablandırmaqdan yayınıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ukrayna  



Xəbər lenti