Nazarbayevin statusu konstitusiyada təsbit ediləcək

Nazarbayevin statusu konstitusiyada təsbit ediləcək
  25 Aprel 2022    Oxunub:1198
Qazaxıstanda əsas qanuna dəyişiklik üzrə işçi qrupu ölkənin ilk prezidenti Nursultan Nazarbayevin müstəqil Qazaxıstanın qurucusu statusunun Konstitusiyada təsbit edilməsini təklif edib.
AzVision.az xəbər verir ki, bu barədə işçi qrupunun üzvü Ermek Abdrasulov məlumat verib. O xatırladıb ki, ölkənin birinci prezidentinin statusu konstitusiya qanunları ilə tənzimlənir: “İşçi qrup belə qənaətə gəlib ki, bu status artıq Konstitusiyanın özündə, bu norma ilə müəyyən edilmiş qanunlara istinad etmədən müəyyən edilməlidir. Yəni Qazaxıstan Respublikasının birinci prezidenti müstəqil Qazaxıstanın yaradıcısıdır və bu status da müəyyən olunacaq”.

“Qazaxıstan Respublikasının birinci prezidenti haqqında” qüvvədə olan konstitusiya qanunu birinci prezidentin dövlət başçısının səlahiyyətlərini həyata keçirməyi dayandırdıqdan sonra onun siyasi-hüquqi statusunu, səlahiyyətlərini və təminatlarını müəyyən edir. Xüsusilə, Nazarbayev statusuna görə xalq qəhrəmanı adına malikdir, ona prezident seçilmək hüququ ilə bağlı məhdudiyyətlər qoyulmur.

O, həmçinin toxunulmazlıq hüququna malikdir: o, prezident vəzifəsində olduğu, saxlanıldığı, axtarışı və ya dindirilməsi zamanı törətdiyi əməllərə görə məsuliyyətə cəlb edilə bilməz.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Nazarbayev  



Xəbər lenti