Makron baş nazir postunda qadın görmək istəyir

Makron baş nazir postunda qadın görmək istəyir
  25 Aprel 2022    Oxunub:1427
İkinci müddətə Fransa prezidenti seçilən Emmanuel Makron baş nazir postunda qadın görmək istəyir.
AzVision.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Klement Bon deyib.

“BFMTV” telekanalın məlumatına görə, baş nazir postuna mümkün namizədlər arasında əmək naziri Elizabet Born da var. 2020-ci ilin iyul ayından vəzifədə olan Fransanın hazırkı baş naziri Jan Kasteks seçkilərdən sonra yaxın günlərdə ənənəyə uyğun olaraq istefa ərizəsi verəcək.


AzVision.az



Teqlər: Fransa  



Xəbər lenti