İlon Mask "Twitter"i 44 milyard dollara aldı
"Twitter"in direktorlar şurasının müstəqil direktoru Bret Teylor bildirib ki, direktorlar şurası E. Maskın təklifi üçün xərc, zəmanət və maliyyələşdirməyə diqqət yetirərək düşünülmüş və hərtərəfli qiymətləndirmə prosesi aparıb. Teylor həmçinin sövdələşməni şirkətin səhmdarları üçün “ən yaxşı yol” adlandırıb.
Mask daha əvvəl "Twitter"i ictimai şirkətdən qeyri-ictimai şirkətə çevirmək niyyətində olduğunu açıqlamışdı, bundan sonra onun səhmləri yalnız özəl və ya birjadan satıla və ya dəyişdirilə bilər.
Eyni zamanda Mask "Twitter"in qərargahını evsizlər üçün sığınacağa çevirməyi təklif edib. Amerikalı milyarder şirkətin San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacağa çevirməklə bağlı sosial şəbəkədə sorğu keçirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


