Ağ Ev Maskın "Twitter"i almasını şərh etmədi

   Ağ Ev Maskın "Twitter"i almasını şərh etmədi
  26 Aprel 2022    Oxunub:1146
Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın Twitter-i almasını şərh etməkdən imtina edib.
Lakin o bildirib ki, ümumilikdə prezident Cozef Bayden böyük texnoloji platformaların gündəlik həyata təsirindən çoxdan narahatdır.

"Mən konkret razılaşmanı şərh etməyəcəyəm. Ümumiyyətlə, sizə nə deyə bilərəm, Twitter-in kimə məxsus olmasından asılı olmayaraq, prezident çoxdan böyük platformaların gücündən, onların gündəlik həyatımıza təsiri ilə maraqlanır. O, uzun müddətdir ki, texnoloji platformaların vurduğu zərərə görə məsuliyyət daşımalı olduğunu bildirib. O, bu məqsədə çatmaq üçün əsaslı islahatların güclü tərəfdarı idi.

Narahatlıqlarımız yeni deyil. Prezident uzun müddətdir ki, sosial media platformalarının, o cümlədən Twitter və digərlərinin dezinformasiya yaymaq qabiliyyətindən və bu platformaların məsuliyyətə cəlb edilməsinin zəruriliyindən danışıb", - deyə o, qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti