Moskvada "LXR" və "DXR"in səfirlikləri açılacaq

Moskvada "LXR" və "DXR"in səfirlikləri açılacaq
  26 Aprel 2022    Oxunub:1556
Yaxın vaxtlarda Moskvada tanınmayan "Luqansk Xalq Respublikası"(LXR) və "Donetsk Xalq Respublikasının"(DXR) səfirlikləri açılacaq. Bu, bir-iki ay ərzində baş tuta bilər.
Bu barədə RİA Novosti diplomatik mənbəyə istinadla məlumat yayıb. "Çalışacağıq ki, yaxın vaxtlarda bunu edək. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Biz konkret işlə məşğuluq", agentliyin həmsöhbəti deyib. O, "LXR" və "DXR"in səfirliklərinin “bir-iki ay” ərzində reallaşmasını təklif edib.

Xatırladaq ki, fevralın 22-dən etibarən Rusiya "Luqansk" və "Donetsk Xalq Respublikaları" adlandırdığı Ukrayna ərazilərinin "müstəqilliyini" tanıdıqdan sonra onlarla diplomatik əlaqələr qurub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti