"Ölkədə yeni həbs dalğası başlayacaq" - Ermənistan mətbuatı

   "Ölkədə yeni həbs dalğası başlayacaq" -    Ermənistan mətbuatı
  26 Aprel 2022    Oxunub:863
Ermənistanda növbəti dəfə məmur həbsləri reallaşa bilər. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Past" qəzeti yazır ki, İrəvan yeni həbs dalğasına dövlət qurumlarında irimiqyaslı mənimsəmə və sui-istifadə faktları əsasında başlayacaq.

Ermənistanın fövqəladə hallar naziri həbs edildi
"Bundan əvvəl Dövlət Nəzarəti Xidməti 50-dən çox strukturda, nazirliklər, onalrın tabeliyində olan qurumlarda və yerli özünüidarəetmə orqanlarında genişmiqyaslı yoxlamalara başlanıldığını açıqlamışdı. Xüsusilə nəzarətə götürülən qurumlar İrəvan Bələdiyyəsi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, “Haypost” poçt operatoru, “Təcili Tibbi Yardım” QSC olub. Yoxlamalar nəticəsində artıq xeyli qanun pozuntusu aşkarlanıb. Təkcə bir strukturda ümumi dəyəri 10 milyard dram (20 milyon dollardan çox-red.) məbləğində sui-istifadə halları aşkarlanıb", - məqalədə yazılıb.

Qəzet yazır ki, yaxın vaxtlarda araşdırmalara yekun vurulan kimi səs-küylü həbslər başlayacaq.

Qeyd edək ki, İrəvan son iki ildə xeyli sayda yüksək rütbəli məmuru rüşvət və mənimsəmə halları ilə bağlı həbsə atıb. Onların arasında müdafiə və fövqəladə hallar nazirləri də var.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Həbs   İrəvan  



Xəbər lenti