"ABŞ Ukrayna müharibəsinin uzanmasında maraqlıdır" - Rusiyalı səfir

   "ABŞ Ukrayna müharibəsinin uzanmasında maraqlıdır" -    Rusiyalı səfir
  26 Aprel 2022    Oxunub:833
Vaşinqtonun davranışlarının arxasında Ukraynadakı xüsusi hərbi əməliyyatları istənilən yolla ləngitmək istəyi dayanır. AzVision.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
O, Ağ Evin Ukraynaya fasiləsiz silah axınını təmin etmək üçün Konqresdən əlavə vəsait tələb etmək niyyətini şərh edib. Səfir qeyd edib ki, yaxşı olardı ki, ölkə rəhbərliyi bu vəsaitləri iqtisadi zərbələrə məruz qalan sadə amerikalılar üçün istifadə edərdi. Hansılar ki, rekord inflyasiyadan əziyyət çəkirlər.

- Aydın məsələdir ki, Vaşinqtonun hərəkətlərinin arxasında Rusiyaya maksimum ziyan vurmaq, Moskvanın Ukraynadakı xüsusi əməliyyatını istənilən yolla ləngitmək və son ukraynalıya qədər döyüşləri davam etdirmək istəyi dayanır, - Antonov deyib.

Səfirin fikrincə, Vaşinqton Avropadakı qeyri-sabitlik ocağını qorumaq istəyir. Bununla da ABŞ dünya miqyasında güclü mövqeyini saxlamaq üçün Qərb müttəfiqlərini öz ətrafında birləşdirir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Ukrayna   Səfir  



Xəbər lenti