"Xersonda 70 rus hərbçisi öldürülüb" - Ukrayna Ordusu

   "Xersonda 70 rus hərbçisi öldürülüb" -    Ukrayna Ordusu
  26 Aprel 2022    Oxunub:653
Ukrayna mediası xeyli sayda rus hərbçinin öldürülməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinad ediblər.
Bildirilir ki, Xerson vilayətinin Velikoy Aleksandrovka ərazisində sursat anbarı partladılıb və 70 rus hərbçi öldürüb.

"Həmçinin, işğalçılar bölmələr Novodmitrovka və Belousovo yaşayış məntəqələri ərazisində də şəxsi heyətlə bağlı ciddi itkilər veriblər.

Ruslar Donetsk və Taurida istiqamətlərində nəzarət nöqtələrini təmas xəttinə yaxınlaşdırırlar. Düşmən bütün təmas xətti boyunca minaatanlardan, top artilleriyasından, reaktiv yaylım atəşi sistemlərindən qoşunlarımızın mövqelərinə atəş zərbələri endirir", - məlumatda deyilir.

Qeyd edilir ki, dünən də gərgin döyüşlər gedib.

"Rusiya hərbi bölmələri Odessa vilayəti ərazisi üzərində hava kəşfiyyatı aparmağa çalışır. Amma itkilər verirlər. Ötən gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri on hava hədəfini vurub. Bunlar üç təyyarə, dörd əməliyyat-taktiki səviyyəli PUA və üç qanadlı raket olub", - Ukrayna Ordusunun yaydığı məlumatda qeyd edilib,

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti