Moldovanın Dnestryanı bölgəsində partlayışlar olub

Moldovanın Dnestryanı bölgəsində partlayışlar olub
  26 Aprel 2022    Oxunub:880
Rusiya mediası Moldovada partlayışların olması barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar Dnestryanı bölgənin Qriqoriopol vilayətindəki "Mayak" radio-televiziya mərkəzinin ərazisində iki partlayışın baş verdiyini yazıb.
Qeyd edilir ki, informasiyanı tanınmamış respublikanın Daxili İşlər Nazirliyi təsdiqləyib.

“Səhər saat 9-a olan məlumata görə ən güclü iki antena sıradan çıxıb. Biri meqavat, ikincisi isə yarım meqavat gücündə olub”, - məlumatda deyilir.

Güc strukturlarının və fövqəladə hallar xidmətlərinin əməkdaşları qəza yerinə gəlib. Polis radio-televiziya mərkəzinin ərazisini mühasirəyə alıb, istehkamçılar isə bütün obyektlərə baxış keçiriblər.
Qeyd edilir ki, hər iki antena Rusiya radiolarının ötürücüsü olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Moldova  





Xəbər lenti