"2576 tank, 141 təyyarə, 110 helikopter vurmuşuq" - Rusiyalı general

   "2576 tank, 141 təyyarə, 110 helikopter vurmuşuq" -    Rusiyalı general
  26 Aprel 2022    Oxunub:543
Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatı zamanı 2500-dən çox tank və digər zirehli döyüş maşını məhv edilib. AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyinb.
- 141 təyyarə, 110 helikopter, 583 Pilotsuz Uçuş Aparatı (PUA), 269 zenit-raket kompleksi, 2576 tank və digər zirehli döyüş texnikası, 287 reaktiv yaylım atəşi sistemi, 1111 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2392 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi sıradan çıxarılıb, - Konaşenkov çərşənbə axşamı keçirdiyi brifinqdə Kiyevin itkilərini açıqlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti