Xəbərdarlıq: 2023-cü ildə dünya tarixinin ən böyük böhranı olacaq

     Xəbərdarlıq:    2023-cü ildə dünya tarixinin ən böyük böhranı olacaq
  26 Aprel 2022    Oxunub:2321
Ukrayna böhranı səbəbindən tədarük zəncirlərinin pozulması gübrə çatışmazlığına səbəb olacaq və fermerləri kifayət qədər məhsul istehsal etmək imkanından məhrum edəcək.
Bayer AG kimya-əczaçılıq transmilli korporasiyasının departament rəhbəri Matthias Berninger bildirib ki, gələn il bəşəriyyət tarixində ən böyük qida böhranlarından biri olacaq. Onun fikri ilə iqtisadçı Maten Kaim də razıdır. İqtisadçı hesab edir ki, dünyada aclıq yüz milyona qədər insanı təsir edə bilər. BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bislinin fikrincə, ərzaq çatışmazlığı genişmiqyaslı miqrasiya axınlarına səbəb olacaq və buna qarşı 2015-ci il böhranı “yay pikniki kimi görünəcək”.

Avropa ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən Ural və Belarusdakı kalium gübrəsi zavodlarıdır ki, onlar hazırda Qərbin sanksiyaları altındadır. Əvəzedici olaraq azot gübrələrindən istifadə edilməsi təklif edilir. Lakin qəzetin yazdığı kimi, qazın qiymətinin qalxması səbəbindən onları sərfəli qiymətə istehsal etmək mümkün deyil.

Dünya aclığa doğru

Dünya ağır ərzaq böhranı və qıtlığı ilə üz-üzədir, buna bənzər hallar İkinci Dünya Müharibəsindən bəri görülməyib. Mövcud vəziyyət “Hollivud”un qorxu filmindən fraqmentdə deyil. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenya Şults deyir ki, koronavirus, şiddətli quraqlıq və indi də Rusiyanın Ukraynada hərbi əməliyyatları səbəbindən ərzaq qiymətləri artıq üç dəfə bahalaşıb. Lakin bu, həddi deyil, çünki bir çox ölkələr Rusiya və Ukraynanın kənd təsərrüfatı məhsullarından asılıdır.



“Ukrayna məhsullarının, eləcə də Rusiya və Belarusun məhsul və gübrələri bazara qaytarılmadan problemin həlli mümkün deyil”- deyən BMT-nin Baş katibi Antonio Quterreşin rəhbərlik etdiyi qurumun hesablamalarına görə, 2022-2023-cü illərdə dünyada ac insanların sayı 8-13 milyon nəfər arta bilər. Bu rəqəm Oman və ya Liviya kimi iki ölkə vətəndaşalarının sayı qədərdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hələ mart ayında həyəcan təbili çalmışdı. Dünyanın Rusiya və Ukrayna məhsullarından necə asılı olduğuna dair məlumatlarla xüsusi hesabat da hazır idi. Vəziyyət ciddidir. İki ölkə dünyanın ən böyük ixracatçılarıdır:

- buğda - Rusiya birinci, Ukrayna beşinci,
- arpa - ikinci Ukrayna və üçüncü Rusiya,
- qarğıdalı - üçüncü Ukrayna və beşinci Rusiya.


Ümumi dünya günəbaxan yağı ixracının təxminən üçdə ikisini Ukrayna və Rusiyanın payına düşür. Üstəlik, Rusiya kolza yağı tədarükü üzrə dünyada (Kanadadan sonra) ikinci yerdə qərarlaşıb. Statistik göstəricilər vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Amma problemlər bununla da bitmir. Çünki bütün taxıl istehsalçılarının məhsuldarlığı ondan asılı olan gübrələrin ən böyük tədarükçüsü Rusiyadır. Təxminən 25 ölkə bütün ən vacib gübrələrin üçdə birindən çoxunu Rusiyadan alır.

Qiymətlər daha süni artmır!

Qlobal ərzaq bazarlarında problemlər pandemiya zamanı başladı - bağlı sərhədlər, pozulmuş logistika, adətən kənd təsərrüfatında işləyən işçi qüvvəsinin bir hissəsinin xaricə axını. Fevral ayında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi. Nəticədə əsas taxıl məhsulu olan buğdanın dəyəri 2022-ci ilin yanvar ayının əvvəlindən aprelin ortalarına kimi 60%-dən çox artıb.



Artıq bir sıra ölkələr bazar qiymətlərinin artması ilə əlaqədar buğda almaq üçün Dünya Bankına müraciət ediblər. Məsələn, Rusiya və Ukrayna taxılının ən böyük alıcılarından biri olan Misir bu mövsüm ilk dəfə olaraq daha bahalı hind buğdasının partiyasını alıb – qorxurlar ki, onlara çatmayacaq.

Hindistan buğdasını da almaq qəlizləşir. Aprelin ortalarında hakimiyyət öz ərzaq təhlükəsizliyindən narahat olaraq onun ixracına məhdudiyyətlər qoyub. Digər tərəfdən rəsmi Dehli daxili bazarda qiymətlərin kəskin artmasından qorxur. Bunun fonunda Avropa birjalarında buğda qiymətləri yeni rekordlara çatdı - bir gündə 6% bahalaşdı.

Ötən günləri qaytarardılar

Əkin kampaniyası başlayıb, amma dünya buna hazır deyil. Ammonyak və nitrat istehsalının əsas mənbəyi olan qaz xeyli bahalaşıb. Bütün dünyada əkin mövsümü üçün mineral gübrələrin qiyməti inanılmaz dərəcədə yüksək olub. Buna görə də Braziliyada, Avropa İttifaqında və digər regionlarda bir çox fermerlər gübrələrdən düzgün istifadə edə bilməyiblər. Bunun mənası nədi? Bu, minimum 20-30% məhsul itkisidir. Ukrayna yeni mövsümdə praktiki olaraq bazarı tərk edəcək, çünki o, ən yaxşı halda məhsulun yarısını toplayacaq. Ümumilikdə Avropa İttifaqında məhsul da azalacaq.



Amerikanın proqnozlarına görə, indiki vəziyyətdə taxıl istehsalını artırmaq şansı var. Onların arasında əslində ABŞ, Kanada və Rusiya da var. Rusiya hakimiyyəti ölkədə 130 milyon ton taxıl məhsulu əldə edəcəyini proqnozlaşdırır ki, bunun da 87 milyon tonu buğdadır. Ötən mövsüm 120 milyon ton taxıl, 76 milyon ton buğda olub. ABŞ buğda istehsalını 47 milyon tona (+2,2 milyon), Kanada 30 milyon tona (+11,4 milyon) çatdıracaq.

Yeməyə çörək tapılsa da, ət ucuzlaşan deyil. Əsas problem ondan ibarətdir ki, taxılın bahalaşması bütün heyvandarlıq məhsullarının maya dəyərinin artmasına səbəb olur. Quşçuluqda yemin maya dəyərinin 70%-ni taxıl, donuzçuluqda 60%-ni az miqdarda. Üstəlik, təbii ki, bahalı buğda bahalı un və ondan hazırlanan hər şeydir. Birlikdə götürdükdə inflyasiya bütün qida zənciri boyunca sürətlənir.

Krizisin Azərbaycana təsiri

Azərbaycanda ərzaqlıq buğda idxalından asılılığın yüksəl olması nəticəsində buğda və ondan alınan məhsulların, xüsusilə də, un və un məmulatlarının qiymətləri xarici bazarlardan asılıdır. Statistik məlumatlardan da görmək olar ki, həm dənli bitkilərin, həm yağ, həm də şəkəri və onun məhsullarını xarici bazardan idxal edirik.

Eyni zamanda Rusiya və Ukrayna arasında baş verən münaqişə nəticəsində müşahidə olunan təklif şokları və enerji daşıyıcılarının bahalaşması dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarıb. Bundan başqa Rusiya və Ukraynadan buğda tədarükündən ən çox asılı olan ölkələr arasında Azərbaycan da var. Bu rəqəm 95 faiz təşkil edir. Gübrə asılılığı isə 65 faizdir. Rusiya taxılının ən böyük alıcıları arasında Azərbaycan dördüncü yerdə qərarlaşıb - ildə 365 milyon ton.



Azərbaycanda əhalinin qida rasionunda xüsusi çəkisi olan çörək və digər un məmulatlarının hazırlanması üçün buğda unu əsas xammaldır, dünya bazarında buğdanın bahalaşmasının ölkə daxilində çörəyin qiymətinə təsiri proqnozlaşdırılan idi. Ümumilikdə ölkədə aqrar sektorun inkişafı üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif dövlət dəstəyi tədbirləri həyata keçirilir. 2021-ci il ərzində buğda əkinlərinin hər hektarına verilən subsidiya buğda əkininin maya dəyərinin təxminən 35-40 faizinə bərabər olub. 2022-ci ildən isə hektara subsidiyanın məbləği artaraq 210 manat təşkil edib.

Dövlət baha qiymətə qarşı

Azərbaycanda istehsal olunan məhsul olsa da belə, qiymətlərlə bağlı təzyiq var. Belə ki, Azərbaycanda bu ilin ilk dörd ayında qida məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb. Bu dövrdə ölkədə tütün məmulatlarının istehsalı 7,2%, içki istehsalı isə 10,4% azalıb.Hesabat dövründə marqarin istehsalı 35,4%, kərə yağının istehsalı 1,4% artıb, duru bitki yağlarının istehsalı isə 8,1% azalıb. Təmizlik vasitələri, kərə yağı və bitki yağlarının qiyməti dövlət tərəfindən tənzimlənmir.

Qanunvericiliklə qiymətləri dövlət tərəfindən tənzimlənməyən malların, o cümlədən kərə və bitki yağlarının, təmizlik vasitələrinin qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında mövcud qanunvericiliyin tələblərinə əməl etməklə təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir. Odur ki, yerli məhsulların qiymətinin optimallaşdırılması üçün istehlak bazarında monitorinqlərin gücləndirilməsi və bütövlükdə bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının qiymətlərinin optimallaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən təşviq tədbirlərinin genişləndirilməsi məqsədəuyğundur.



Nəticədə həm monitorinqlərin, həm də təşviq tədbirlərinin genişləndirilməsi qiymətlərin optimallaşdırılmasına, istehlak bazarında daha optimal inflyasiyanın formalaşmasına gətirib çıxara bilər. Dünyada ərzaq qiymətlərinin kəskin bahalaşmasının ölkəmizdə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısını almaq məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin görülməsi işlərə başlanıb.

Bununla əlaqədar Nazirlər Kabineti tərəfindən fevral ayında müvafiq sərəncam imzalanıb. Nazirlər Kabinetinin qərarı ilə bir sıra malların istehsalı rüsumdan azad edilib. Həmin məhsulların əlavə dəyər vergisindən azad edilməsi istiqamətində təkliflər hazırlanaraq təqdim olunub.

Qeyd edilənlərdən əlavə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Dövlət Nəzarəti Xidməti tərəfindən qarabaşaq, çörək qiymətlərində qanun pozuntularının qarşısını almaq məqsədilə zəruri tədbirlər görülüb. Digər tərəfdən işğaldan azad edilmiş ərazilərdə əkinə yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması ölkənin buğda ilə özünü təminetmə səviyyəsini mövcud 57 faizdən 65 faizə qədər artıra bilər. Digər regionlarında imkanlarınsan istifadə edilsə, taxıl tələbatının 75 faizini yerli istehsal hesabına ödəmək imkanları var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Böhran  



Xəbər lenti