İrəvanda etirazçılar barrikadalar qurur - VİDEO

   İrəvanda etirazçılar barrikadalar qurur -    VİDEO
  26 Aprel 2022    Oxunub:1885
Ermənistanın paytaxtı İrəvanda müxalifətin təşkil etdiyi dinc aksiyalar kəskinləşməkdədir. AzVision.az xəbər verir ki, yerli media müxalifətçilərin artıq radikal tədbirlər gördüklərini yazır.
Əsgər valideynləri İrəvanda aksiya keçirirlər - CANLI
Mitinqə aid videonu yayan saytlar yazırlar ki, yolları bağlayan etirazçılar Paşinyan əleyhinə şüarlar səsləndirməklə bərabər İrəvanın müxtəlif rayonlarında hökumət əleyhinə pərakəndə təxribatlar da törədirlər. Bunlardan biri bir neçə dəqiqə əvvəl Komitas prospektində baş verib. Aksiya iştirakıları yolu təkərlərlə bağladıqdan sonra onları yandırıblar.

Əraziyə cəlb olunan "qırmızı beretlilər" isə müxalifətçilərə güc tətbiq edərək onları həbs edib.

Xatırladaq ki, “Hayastan” müxalifət bloku aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya  





Xəbər lenti