Aytəkin Alxaslının yaxınları danışdı

Aytəkin Alxaslının yaxınları danışdı
  04 Aprel 2013    Oxunub:1588
“Evdə olarkən başı gicəllənib, yıxılıb”
Bu barədə AzVision.az-a Aytəkin Alxaslının yaxınları məlumat verib. Verilən məlumata görə, hadisə iki gün öncə evdə baş verib: “Evdə olarkən başı gicəllənib, yıxılıb. Dünənə nisbətən indi səhhəti biraz yaxşılaşıb. Amma hazırda reanimasiyadadır. Həkimlər bildirirlər ki, gərək özünə yaxşı baxsın, vaxtlı-vaxtında qidalansın”/

Yaxınlarının verdiyi məlumata görə, həftə sonu ANS-çi xəstəxanadan çıxarılacaq.

Qeyd edək ki, ANS-in şimal bölgəsi üzrə müxbiri Aytəkin Alxaslı huşunu itirərək yıxılıb, o ağır vəziyyətdə Qusar rayon xəstəxanasına yerləşdirilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti