MAQATE Çernobıla xüsusi missiya göndərib

MAQATE Çernobıla xüsusi missiya göndərib
  26 Aprel 2022    Oxunub:799
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Çernobıla xüsusi missiya göndərib. AzVision.azUkrayna mediasına istinadən xəbər verir ki, MAQATE-nin rəhbəri Rafael Mariano Qrossi Çernobıl Atom Elektrik Stansiyasında radiasiya səviyyəsinin "normal" olduğunu deyib.
Eyni zamanda, o, ərazinin Rusiya tərəfindən işğalını “çox, çox təhlükəli” adlandırıb.

Qrossinin sözlərinə görə, ağır texnikanın Rusiya qoşunları vasitəsilə hərəkəti nəticəsində radiasiya səviyyəsinin yüksəldiyi anlar olub.

Qrossi radiasiya səviyyəsini hər gün izlədiklərini deyib.

AzVision.az


Teqlər: MAQATE  





Xəbər lenti