Lavrovdan Kiyevə çağırış: "Təkliflərə tez cavab verməlidirlər"

      Lavrovdan Kiyevə çağırış:    "Təkliflərə tez cavab verməlidirlər"
  26 Aprel 2022    Oxunub:901
Qərb silahları Ukrayna ərazisində peyda olan kimi Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevrilir.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibi Antoniu Quterreşlə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ukrayna Rusiyanın müqavilə ilə bağlı təqdim etdiyi təkliflərə tez cavab verməlidir:

“Əgər danışıqlarda ciddi əhval-ruhiyyədən danışırıqsa, 10 gündən artıqdır ki, onlarda olan təkliflərimizə tez cavab versələr, daha yaxşı olar. Hansı ki, bu təkliflər barədə Zelenski eşitməyib. Moskva Ukrayna ilə bağlı danışıqlar prosesinin tərəfdarıdır, lakin görünür, Kiyev indi bunda maraqlı deyil. Ukraynanın silah-sursatla yüklənməsi davam edərsə, danışıqların səmərə verəcəyi ehtimalı azdır”.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti