Niderland ruslara viza verməyəcək

Niderland ruslara viza verməyəcək
  26 Aprel 2022    Oxunub:900
Niderland aprelin 27-dən etibarən rusiyalılara qısamüddətlik səfərlər üçün viza verilməsini dayandırır.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qərarı Niderland Xarici İşlər Nazirliyi verib. Qeyd olunub ki, Rusiyanın Niderland səfirliyinin konsulluq bölməsinin əməkdaşlarını “arzuolunmaz şəxs” elan etməsindən sonra ölkə belə bir qərara gəlib.

Qeyd edək ki, Rusiya XİN aprelin 19-u Niderlandın Moskvadakı səfirliyinin 14 əməkdaşını və ölkənin Sankt-Peterburqdakı baş konsulluğunun 1 əməkdaşını “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslərə Rusiyanı tərk etmək üçün 14 gün vaxt verilib.

AzVision.az


Teqlər: Viza   Rusiya  



Xəbər lenti