Xorvatiya İsveç və Finlandiyanın NATO-ya üzv olmasına qarşıdır

   Xorvatiya İsveç və Finlandiyanın NATO-ya üzv olmasına qarşıdır
  26 Aprel 2022    Oxunub:1521
Xorvatiya prezidenti Zoran Milanoviç Balkanlardakı problemləri həll etməzdən əvvəl Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxıb./strong>
Prezident xüsusilə Bosniya və Herseqovinanın (BH) seçki qanunvericiliyinin bosniyalı xorvatların maraqlarına uyğun dəyişdirilməsinin zəruriliyindən danışıb. O, İsveç və Finlandiyanı NATO-ya cəlb etməyi “təhlükəli şarlatanlıq” hesab edir. Milanoviç bu ölkələrin alyansa daxil olmasının əleyhinə olmadığını da etiraf edərək, bildirib ki, bir sıra şərtlər yerinə yetirildikdən sonra bu məsələni həll etmək olar.

AzVision.az


Teqlər:



Xəbər lenti