Ukrayna ordusu dəyəri 16 milyon dollar olan helikopter vurub

   Ukrayna ordusu dəyəri    16 milyon dollar  olan helikopter vurub
  26 Aprel 2022    Oxunub:1118
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat mərkəzi daha bir rus helikopterinin sıradan çıxarılması barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, məlumatda Ukrayna Hava-Desant Hücum Qüvvələrinin qırıcılarının Xarkov vilayətində Ka-52 helikopterini vurduğu deyilir.
- Hərbi nomenklaturaya görə, Ka-52 "Alliqator" döyüş helikopteri komandanlıq "maşını" sayılır. 2008-ci ildən istehsal edilən, lazer sistemi ilə idarəolunan mərmi qurğusu, tank əleyhinə raket sistemi, hava bombaları və digər silahlarla silahlanır. Ka-52-nin qiyməti təxminən 16 milyon ABŞ dollarıdır, - Baş Qərargahın məlumatında deyilir.

Qeyd edək ki, Ukrayna mediası artıq vurulan helikopterlərin sayının 154-ə çatdığını yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Helikopter  





Xəbər lenti