Rusiya restoranlarında xaricdən gələn balıqlar təklif olunmayacaq

  Rusiya restoranlarında xaricdən gələn balıqlar təklif olunmayacaq
  26 Aprel 2022    Oxunub:1703
İdxal olunan məhsulların tədarükü ilə bağlı problemlər və beynəlxalq logistikaya dair çətinliklər səbəbindən Rusiya restoranları müəyyən balıq məhsullarına yüksək qiymətlər təyin edir.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, restoranlar onlardan, ilk növbədə, ton balığı və asminoqdan imtina etmək məcburiyyətində qalıblar.

"Ərzaq tədarükçülərindən danışsaq, biz demək olar ki, yerli fermerlər və tədarükçülərlə işlədiyimiz üçün dəyişikliklər və qiymət artımlarından o qədər də təsirlənmədik və qiymət artımı əsasən xaricdən gətirilən mallara təsir etdi. Tuna isə yeganə məhsuldur biz onu menyudan çıxardıq. Çünki qiyməti xeyli artıb və bu inqrediyentdən istifadə etmək sadəcə olaraq qeyri-münasib olub, - "L.E.S." Moskva restoranının sahibi Ruslan Stekolshchikov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Balıq  



Xəbər lenti