"Nüvə müharibəsi söhbətləri təhlükəli haldır" - Pentaqon rəhbəri

   "Nüvə müharibəsi söhbətləri təhlükəli haldır" -    Pentaqon rəhbəri
  26 Aprel 2022    Oxunub:1009
Pentaqonun rəhbəri Lloyd Ostin nüvə müharibəsi ehtimalından danışıb. AzVision.az xəbər verir ki, Almaniyada keçirdiyi mətbuat konfransında bildirib çıxış edən Ostin bu mövzuya dair söhbətləri təhlükəli hal adlandırıb və heç kimin belə bir nəticəni istəmədiyini deyib.
"Nüvə müharibəsi riski realdır" - Lavrov
- Biz dəfələrlə demişik ki, bu cür ritorika çox təhlükəli və əks-məhsuldardır. Heç kim nüvə müharibəsinin baş verməsini istəmir. Bu, bütün tərəflərin uduzacağı bir müharibədir, ona görə də bu təhlükəli ritorikadır və biz bununla məşğul olmayacağıq, - Pentaqon rəhbəri deyib.

Pentaqon rəhbəri əminliyini ifadə edib ki, ABŞ və Ukrayna münaqişənin nəzarətdən çıxmaması üçün hər şeyi edəcək. O fikirlərinə onu da əlavə edib ki, beynəlxalq ictimaiyyət də buna diqqət yetirir.

Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nüvə müharibəsi riskinin artması barədə açıqlaması dünya mediasının gündəminə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Nüvə   Pentaqon  



Xəbər lenti