Putin Ukrayna Ordusunu İŞİD-lə müqayisə etdi

   Putin Ukrayna Ordusunu İŞİD-lə müqayisə etdi
  26 Aprel 2022    Oxunub:1218
Rusiyanın prezidenti Vladimir Putin BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə Kiyevin davranışlarını İŞİD terrorçuları ilə müqayisə edib.
AzVision.az xəbər verir ki, o Mariupolda qalan dinc əhalinin təhlükəsiz yerə gedə bilməməsinin günahının ukraynalı hərbçilərdə görüb.

"Mariupolda hərbi əməliyyatlar dayandırılıb" - Putin
- Biz Ukrayna hakimiyyətindən eşidirik ki, orada mülki insanlar var. O zaman Ukrayna ordusunun hərbçiləri onları buraxmağa borcludurlar. Yaxud da onlar o zaman dünyanın bir çox ölkələrində, məsələn, Suriyada İŞİD kimi, mülki əhalinin arxasında gizlənərək terrorçu kimi fəaliyyət göstərirlər. Ən sadə iş bu insanları buraxmaqdır, - Prezident deyib.

Rusiyanın dövlət başçısı mülki şəxslərin canlı qalxan kimi istifadəsini cinayət adlandırıb.
O əlavə edib ki, Rusiya tərəfi "Azovstal" zavodunun ərazisində qalanlarla əlaqə saxlayır. Zavod tamamilə təcrid olunub, orada hərbi əməliyyatlar aparılmır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   İŞİD   Putin  



Xəbər lenti