1 milyon insanı öldürən qrip yenidən baş qaldırdı

  1 milyon insanı öldürən qrip yenidən baş qaldırdı
  27 Aprel 2022    Oxunub:1254
Çinin Henan əyalətinin Jumadyan şəhərinin dörd yaşlı sakinində H3N8 quş qripi aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, bu dünyada ilk haldır. Belə ki, aprelin 5-də ev quşları ilə təmas nəticəsində infeksiyaya yoluxan uşağın vəziyyəti pisləşib və o, aprelin 10-da xəstəxanaya yerləşdirilib. Xəstəliyə yoluxanların bütün qohumlarının sağlam olduğu bildirilir.

Komissiyanın ilkin qiymətləndirməsinə əsasən, H3N8 ştammı hələ ki, insanları effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil, ona görə də genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır.

H3N8 qripi quşlarda, itlərdə və atlarda olur. İndiyədək virusun bu ştamının insanlara ötürülməsi faktı rəsmi olaraq qeydə alınmayıb. Eyni zamanda, agentlik qeyd edir ki, H3N8 1889-1890-cı illərdə təxminən 1 milyon insanın ölümünə gətirib çıxaran qrip pandemiyasının səbəbi ola bilər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qrip  



Xəbər lenti