Ukraynada ölən dinc sakinlər - 201-i uşaqdır

   Ukraynada ölən dinc sakinlər -    201-i uşaqdır
  27 Aprel 2022    Oxunub:1186
Rusiyanın hərbi müdaxiləsi nəticəsində fevralın 24-dən aprelin 25-dək Ukraynada 2729 dinc sakin həlak olub, daha 3111 nəfər yaralanıb. AzVision.az xəbər verir ki, məlumatları BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb. Qeyd olunub ki, ölənlərin 201-i, yaralıların 299-u uşaqdır.
Yerli sakinlər əsasən Rusiya ordusu tərəfindən atılan partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı raket hücumları, həmçinin raket və hava zərbələri nəticəsində vəfat edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti