ABŞ Almaniyada Ukraynaya silah tədarükü üçün mərkəz yaradıb

   ABŞ Almaniyada Ukraynaya silah tədarükü üçün mərkəz yaradıb
  27 Aprel 2022    Oxunub:1427
Pentaqon Almaniyanın Ştutqart şəhərində ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının bazasında Ukraynaya hərbi yardımın çatdırılmasına nəzarət etmək üçün mərkəz yaradıb.
AzVision.az xəbər veirr ki, bu barədə CNN-ə ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, belə strukturun vəzifələri Kiyevə 40-dan çox ölkədən hərbi yardımın çatdırılmasını əlaqələndirmək və sürətləndirməkdən ibarətdir. Ukrayna üzrə Avropa Komandanlığına Nəzarət Mərkəzinin heyətinə ABŞ hərbçiləri ilə yanaşı, Kiyevə dəstək verən ən azı 15 dövlətin nümayəndələri də var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Almaniya   ABŞ  



Xəbər lenti