Paşinyanı "dezinfeksiya" etmək istəyənlər saxlanıldı - VİDEO

   Paşinyanı "dezinfeksiya" etmək istəyənlər saxlanıldı -   VİDEO
  27 Aprel 2022    Oxunub:2220
Aprelin 25-dən başlayaraq hər gün İrəvanda hakimiyyət əleyhinə kütləvi etiraz aksiyaları təşkil edilir. AzVision.az xəbər verir ki, yerli media polislərin hər dəfə etirazçılara qarşı güc tətbiq etdiyini yazır.
İrəvanda tələbələr Azərbaycan rəqsi ilə aksiya keçiriblər - VİDEO
Növbəti belə etiraz aksiyası bu gün hökumət binası qarşısında baş tutub. Bir qrup müxalifətçi dezinfeksiya işçilərinin formasında hökumət binası qarşısına gələrək ora naməlum maddələr səpiblər. Onlar bununla rəmzi mənada hakimiyyəti "viruslardan" təmizlədiklərini göstəriblər.

"Qırmızı beretlilər “Azadlıq hərəkatı” üzvlərinə qarşı güc tətbiq edərək, onlardan bəzilərini həbs ediblər. Xatırladaq ki, etirazçılar hökumət binasının yaxınlığındakı ərazini dezinfeksiya etmək istəyiblər. Polis isə “Azadlıq hərəkatı”nın üzvü Ara Zöhrabyanla söhbətində aksiyanın məhdudlaşdırılmasına özünəməxsus şəkildə bəhanə göstərib. Onlar “Sizdə ətrafa səpdiyiniz naməlum maddələr var idi. Onun nə olduğunu bilmirdik” deyib", - məqalədə yazılıb.

Xatırladaq ki, “Hayastan” müxalifət bloku aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya   Dezinfeksiya  



Xəbər lenti