Mariupolda küçə döyüşləri gedir

Mariupolda küçə döyüşləri gedir
  27 Aprel 2022    Oxunub:850
Mariupoldakı "Azovstal" zavodunun yaxınlığında küçə döyüşləri davam edir. AzVision.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko məlumat verib.
"Mariupolda hərbi əməliyyatlar dayandırılıb" - Putin
"Azovstal"a hava hücumları səngimir. Sakitlik yoxdur, əraziyə dönə-dönə hücum cəhdləri edilir. Bəyanatlara baxmayaraq bölgə atəş altındadır”, - Andryuşenko deyib.

Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin BMT-nin baş katibi Quterreşlə görüşdə Mariupolda döyüşlərin dayandırıldığını bəyan etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Mariupol  





Xəbər lenti