Azarkeşlərlə dalaşan klub prezidentinə cinayət işi açıldı
Belə ki, R.Həmidovun komandası ümumi nəticədə uduzduqdan sonra o, yerli azarkeşlərlə dalaşıb, daha sonra isə stadionun hamamındakı şüşəni sındırıb. Klub prezidenti şüşəni sındırarkən özü də xəsarət alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, oyun Regionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilib. 0:0 hesabı ilə davam edən qarşılaşmada Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər, daha sonra referini döyüblər. Bundan sonra fit sahibi qarşılaşmanı dayandırıb.
AzVision.az
Teqlər: AFFA