Rusiyada Rövşən Əsgərova qarşı cinayət işi başlanıldı

   Rusiyada  Rövşən Əsgərova qarşı cinayət işi başlanıldı
  27 Aprel 2022    Oxunub:1041
Rusiyada azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman” televiziya oyununun iştirakçısı Rövşən Əsgərova qarşı cinayət işi başlanılıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir. Bildirilib ki, Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, - məlumatda qeyd olunub.

İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov “Facebook” sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib. Bildirilib ki, bu cür əməllərə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyəti nəzərdə tutulur.



AzVision.az



Teqlər: Rusiya   Cinayət-işi  



Xəbər lenti