Azərbaycanda A4 kağızları ucuzlaşacaq

Nazir qeyd edib ki, Rusiyada kağız istehsalı üçün əsas komponentlər var və şirkətlər onun ağardılmasında istifadə olunan natrium xloratı Çin və ya Özbəkistandan ala bilərlər:
“Bəli, bu doğrudur. Bu, Özbəkistanda istehsal olunan natrium xloratdır. Ancaq bizim Özbəkistana daha qısa logistikamız var”.
Qeyd edək ki, Rusiyada kağız istehsal edən müəssisə kimyəvi xammalın bir hissəsini Almaniyadan idxal edir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra isə Almaniya hökuməti ixracı dayandırmışdı. Nəticədə qıtlıq yarandığı üçün Rusiyadan Azərbaycana A4 formatlı kağızın ixracı kəskin azalmışdı. Bu da öz növbəsində məhsulun qiymətinin artmasına gətirib çıxarmışdı.
AzVision.az
Teqlər: Kağız