Nazirlər Kabinetində “qan tökən” erməni deputat saxlanıldı - VİDEO

        Nazirlər Kabinetində   “qan tökən” erməni deputat saxlanıldı -   VİDEO
  27 Aprel 2022    Oxunub:1087
Bu gün Ermənistan müxalifəti hökumət binası qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı polis “Hayastan” müxalifət blokunun deputatı Tadevos Avetisyanı saxlayaraq bölməyə aparıb.
Yerli media yazır ki, deputat bəzi həmkarları və vətəndaş fəalları ilə birgə əllərində qırmızı boya qabı tutaraq Nazirlər Kabinetinin binasına gəliblər. Məqsəd baş nazirin “qanlı” siyasətini nümayiş etdirmək olub.

İrəvanda aksiya: Valideynlər Paşinyanın həbsini tələb edirlər - CANLI
"Hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcə deputatdan içi rənglə dolu olan vedrəni ərazidən uzaqlaşdırmağı tələb etsələr də, o, əllərini boyanın içinə salaraq yolun kənarında izlər qoymağa başlayıb. Bu zaman deputatı ayaqlarından və qollarından tutaraq sürüyüb maşında oturdublar. Daha sonra deputatın toxunulmazlığı nəzərə alınaraq azadlığa buraxılıb", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   İrəvan   Polis   Deputat  



Xəbər lenti