Odur ki, Xankəndidə düzəldilən və Marqarita Simonyanı xeyli həyəcanlandırıb-ruhlandıran “Z” şousunun rejissorunun kimliyinə heç bir şübhə qalmır. Hərçənd, ilkin mərhələdə ermənilər bunu tələm-tələsik özlərinin Rusiyaya “sədaqət əlaməti” kimi qələmə verməyə çalışırdı.
Bu yaxınlarda isə Laçın dəhlizindəki Rusiya sülhməramlılarının uniforma və fərqlənmə nişanlarını daşıma qaydalarını yenidən pozması müşahidə olunub.

Belə davranış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında birgə əməkdaşlıq haqqında” Moskva Bəyannaməsini (22.02.2022) zərbə altında qoyan düşünülməmiş təxribatların davamı da sayıla bilər. Belə addımlarla “sülhməramlı” missiyanın özünün məqsədləri sual altına düşür.
Hans Kloss
AzVision.az üçün







Vaxtında, Aydın, Lazımlı!


