Qazaxıstan XİN-dən Keosayana xəbərdarlıq

Qazaxıstan XİN-dən Keosayana xəbərdarlıq
  27 Aprel 2022    Oxunub:1132
Qazaxıstanın Xarici İşlər Nazirliyi Rusiyanın erməni əsilli rejissor və teleaparıcısı Tiqran Keosayana xəbərdarlıq edib. AzVision.az xəbər verir ki, XİN-nin mətbuat katibi Aybek Smadiyarov onun ölkəyə girişinə qadağa qoyularaq adı arzuolunmaz şəxslər siyahısına daxil edilə biləcəyini deyib.
- Ola bilsin ki, onun bəyanatı Rusiya ictimaiyyətinin və siyasi dairələrinin müəyyən hissəsinin fikirlərini əks etdirir. Lakin heç bir halda ölkələrimiz arasında əməkdaşlığın və dövlət başçıları səviyyəsində mövcud sazişlərin ruhuna və məzmununa uyğun gəlmir, - Smadiyarov deyib.

Qeyd edək ki, Keosayan özünün “Youtube” kanalındakı videoların birində Qazaxıstanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyi, eləcə də Qazaxıstan hakimiyyətinin bu il mayın 9-da hərbi parad keçirməmək qərarı barədə sərt fikirlər səsləndirib. Keosayanın fikrincə, Rusiya Federasiyası ilə ABŞ və NATO arasında qarşıdurmada “qardaş ölkələr qərar verməli və tərəf tutmalıdırlar” və Rusiya burada kimin kim tərəfində durduğuna diqqətlə baxmalıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti