BMT-nin baş katibi Ukraynaya gedib

   BMT-nin baş katibi Ukraynaya gedib
  27 Aprel 2022    Oxunub:1081
BMT-nin baş katibi Antonio Quterreş Ukraynaya səfər edib. O, sabah xarici işlər naziri Dmitri Kuleba və Vladimir Zelenski ilə danışıqlar aparacaq.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Quterreş bu barədə Twitter səhifəsində yazıb.

"Mən Ukraynaya Moskvaya səfər etdikdən sonra gəldim. Biz humanitar yardımın genişləndirilməsi və mülki əhalinin münaqişə zonalarından təxliyyəsinin təmin edilməsi istiqamətində işimizi davam etdirəcəyik".

Qeyd edək ki, BMT-nin baş katibi Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

AzVision.az



Teqlər:



Xəbər lenti