"Ukraynanın ixracı qlobal bazarı sabitləşdirməyə kömək edəcək" - Zelenski

   "Ukraynanın ixracı qlobal bazarı sabitləşdirməyə kömək edəcək" -    Zelenski
  27 Aprel 2022    Oxunub:1061
Ukrayna məhsullarının beynəlxalq bazara kifayət qədər ixracı Rusiyanın təhrik etməyə çalışdığı qlobal qiymət böhranına qarşı güclü vasitə olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində deyib. O bildirib ki, Avropa İttifaqının bununla bağlı mühüm qərarı hazırlanır.

Söhbət Avropa Komissiyasının Ukrayna ixracına dair bütün rüsum və kvotaların bir il müddətinə götürülməsi, həmçinin antidempinq tariflərinin dayandırılması təkliflərindən gedir. Zelenski qeyd edib ki, bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyaenlə təklifin təfərrüatlarını müzakirə edib. Prezidentin sözlərinə görə, bu, Ukraynada iqtisadi aktivliyi və milli istehsalı mümkün qədər qoruyub saxlamağa imkan verəcək. Eyni zamanda, Zelenski qeyd edib ki, qərar təkcə Ukrayna kontekstində nəzərdən keçirilməməlidir. Onun sözlərinə görə, Ukrayna məhsullarının Avropa və qlobal bazarlara kifayət qədər ixracı mühüm antiböhran aləti olacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti