"Ordumuz "Sovet müqəvvası", oğru bandasıdır" - Xzmalyan

   "Ordumuz "Sovet müqəvvası", oğru bandasıdır" -    Xzmalyan
  28 Aprel 2022    Oxunub:818
Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, erməni siyasətçi İrəvanın gələcəyinin NATO-ya bağlı olduğunu gizlətməyib.
- Gələcək Ermənistan ordusunun dayağı NATO proqramı çərçivəsində təlim keçmiş gənc zabitlər, əsl milli elita olacaq. İndiki "sovet müqəvvası" ordu deyil, sadəcə kəmiyyətdir, oğru degenerasiya bandasıdır. Onu ləğv etmək, kökünü kəsmək, yeni hərbi və intellektual prinsiplə, NATO standartları, silah və prinsipləri ilə dirçəltmək lazımdır. Biz bunu edəcəyik, - Partiya sədri deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti