"Səfirimiz erməni gənclərin həbsini tələb edir" - Ermənistan mediası

   "Səfirimiz erməni gənclərin həbsini tələb edir" -    Ermənistan mediası
  28 Aprel 2022    Oxunub:1775
Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts növbəti dəfə medianın hədəfinə tuş gəlib.AzVision.az xəbər verir ki, erməni saytları Makuntsun anti-Ermənistan siyasəti yürütməklə məşğul olduğunu yazıb.
"ABŞ-dakı səfirimiz "soyqırımı" tədbirlərindən yayındı" - Ermənistan mediası
"Yerkir.am"da gedən xəbərdə qeyd edilir ki, Paşinyanın Vaşinqtona göndərdiyi uğursuz "səfir" Lilit Makunts son üç ayda artıq üçüncü dəfədir ki, ABŞ polisini erməni gənclərə qarşı tədbirlər görməyə çağırıb.

“Bu dəfə Makunts polisdən ABŞ Konqresində "erməni soyqırımı" qurbanlarının anım mərasimində iştirak edən erməni əsilli amerikalı gəncləri həbs etməyi tələb edib. Səfir əvvəllər də oxşar addımlar atmış, belə qeyri-adi davranışı ilə diqqət çəkmişdi. Gənclərin erməni "hərbi əsirlərin" azad edilməsi üçün təşkil etdikləri aksiyalar səbəbindən onların həbsinə nail olmağa çalışmışdı”, - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Səfir   ABŞ   Ermənistan  



Xəbər lenti