Zaporojyeyə raket hücumu olub

Zaporojyeyə raket hücumu olub
  28 Aprel 2022    Oxunub:1013
Ukraynanın Zaporojye bölgəsinə raket zərbəsi endirilib. AzVision.az xəbər verir ki, bu barədə mediaya Zaporojye Vilayət Hərbi Administrasiyasından məlumat verilib.
Bildirilir ki, hələlik hadisə qurbanlarının sayı dəqiq bilinmir.

"Zaporojye səhər saatlarında düşmən tərəfindən raket atəşinə məruz qalıb. İlkin məlumata görə iki evə ciddi ziyan dəyib. Zərbəni Rusiya aviasiyası həyata keçirib. X-55 hava-yer tipli raketlərdən istifadə edilib. Biri uşaq olmaqla üç nəfərin xəsarət aldığı söylənilir amma məlumatlar dəqiqləşdirilməkdədir", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti