Polşa Aİ-dən maliyyə yardımı gözləyir

Polşa Aİ-dən maliyyə yardımı gözləyir
  28 Aprel 2022    Oxunub:794
Polşa 2015-ci ildə baş verən miqrasiya böhranı zamanı Türkiyəyə ilə olduğu kimi, Ukraynadan olan qaçqınlara dəstək üçün Avropa İttifaqından maliyyə yardımı gözləyir.
AzVision.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna ordusunun yaralı əsgərlərinin bir hissəsi Polşada müalicə olunur və bunun üçün maliyyə dəstəyinə ehtiyac var. Eyni vəziyyət Polşaya sığınan ukraynalı qaçqınlara da aiddir. Onların 93 faizini qadınlar və uşaqlar təşkil edir.

“Avropa İttifaqı bunun üçün bizə hələ bir sent belə ödəməyib. Biz ədalətli rəftar tələb edirik. Türkiyəyə son qaçqın dalğası zamanı milyardlarla dollar dəstək ayrılıb və mən hesab edirəm ki, biz də Avropa İttifaqının yardımına layiqik”, - deyə Mateuş Moravetski bildirib.

Qeyd edək ki, Polşa Sərhəd Xidmətinin aprelin 28-də yayımlanan məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı gündən bu yana ölkə sərhədlərini keçən ukraynalı qaçqınların sayı 3 milyon nəfəri ötüb.

AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti