Erməni rektor saxta "Artsax" bayrağına qadağa qoydu - VİDEO

   Erməni rektor saxta "Artsax" bayrağına qadağa qoydu -    VİDEO
  28 Aprel 2022    Oxunub:1621
Bu gün İrəvanda tələbələr etiraz aksiyası keçiriblər. Aksiyanı "Şimal Universiteti" ərazisində davam etdirən gənclərin separatçı davranışları gərginliyə səbəb olub.
İrəvanda etirazçılar yoldan keçən holdinq rəhbərini döydülər - VİDEO
AzVision.az xəbər verir ki, universitetin rektoru tələbələrin qarşısını kəsərək onlara keçmiş qondarma rejim "Artsax"ın bayrağının təhsil ocağı ərazisində asılmasına icazə verməyib.

O qeyd edib ki, “Əgər məsələ bu bayrağın asılması ilə həll olunsaydı, "Artsax bayrağı" bütün Ermənistanda, ölkənin əksər hissəsinin eyvanlarından asılardı. Hazırda biz bunu əsaslı addım hesab etmirik”. O, tələbələrin “Ayıb olsun” şüarlarına isə belə cavab verib ki, kimsə bayraq qaldırmamağın xəyanət olduğunu sübut edə bilməz. "Fəaliyyətinizi başqa sahədə aparın, bura özəl qurumdur”,- rektor deyib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   Bayraq   Rektor  



Xəbər lenti