11 sentyabr terrorçularının yeni görünütüləri yayıldı - VİDEO

   11 sentyabr terrorçularının yeni görünütüləri yayıldı -    VİDEO
  28 Aprel 2022    Oxunub:1122
Amerikanın CBS telekanalı ilk dəfə olaraq 2001-ci ilin 11 sentyabr terrorunu törədənlərin hücumdan əvvəl lentə alınan videosunu yayıb. Telekanalın məlumatına görə, görüntülər 11 sentyabr hücumlarından təxminən iki həftə sonra İngiltərədəki Britaniya polisi tərəfindən əldə edilsə də, video indiyə kimi saxlanılaraq yayımlanmayıb.
Video sənədlərdə 2000-ci ilin fevralında San Dieqoda terrorçuların mənzilində ziyafət kimi qeyd olunub. Görüntüdə Nyu-Yorkdakı əkiz qüllələrə çırpılan təyyarələri qaçıran terrorçular Navaf əl-Həzmi və Xalid əl-Midhar əks olunub.

Telekanalın məlumatına görə, nahar videosunda terror aktlarının təşkilində əli olmaqda şübhəli bilinən Səudiyyə Ərəbistanı vətəndaşı Ömər əl-Bayumi də var.
Qeyd edək ki, dərc olunmuş materiallarda 11 sentyabr hadisələrindən iki həftə keçməmiş əl-Bayuminin saxlanması zamanı əldə edilən sübutlarda yer alıb. Amma o sonradan sərbəst buraxılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti