İrəvan polisi aksiyadakı balaca uşaqları da həbs edir

 İrəvan polisi aksiyadakı balaca uşaqları da həbs edir
  28 Aprel 2022    Oxunub:861
Bu gün gənclərin Ermənistanın paytaxtı İrəvanda təşkil etdiyi etiraz aksiyası zamanı bir neçə fəal saxlanılıb. AzVision.az xəbər verir ki, yerli media erməni polisinin aksiyalara qarşı daha bir absurd və anormal tədbirini qınayıb.
İrəvanda keçirilən aksiyalarda 39 nəfər saxlanılıb
Bildirilir ki, "qırmızı beretlilərin" zorakılıqla saxlayıb bölməyə gətirdiyi aksiya iştirakçıları arasında balaca uşaq da olub.

"Bu barədə vəkil Robert Hayrapetyan sosial şəbəkələrdə məlumat və foto paylaşdıqdan sonra belə bir utancverici faktın olduğu aşkarlanıb. O yazıb ki, “Biz hələ də "Erebuni" bölməsindəyik. İnanmayacaqsınız, amma 13 yaşlı Aranı da polisə "qırmızı beretlilər" gətiriblər. Yeri gəlmişkən, fotonu anasının razılığı ilə çəkib paylaşmışam", - saytlar yazıb.

Saytlar yazır ki, dünyanın heç bir yerində polis uşaqları 18-yaşdan yuxarı vətəndaşlar kimi maşına basıb bölməyə gətirmir. Normalda onu aksiya keçirilən ərazidən uzaqlaşdırmaq lazım idi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   Polis  



Xəbər lenti