Qırğızıstanın baş naziri xəstəxanaya yerləşdirildi

Qırğızıstanın baş naziri xəstəxanaya yerləşdirildi
  28 Aprel 2022    Oxunub:815
Qırğızıstan hökumətinin başçısı Akılbek Japarov xəstəxanaya yerləşdirilib. AzVision.az xəbər verir ki, bu barədə “İnterfaks”a Qırğızıstan hökumətindən məlumat verilib. A.Japarov ürək ağrısı və aşağı təzyiq şikayətləri ilə Milli Kardiologiya və Terapiya Mərkəzinə qəbul edilib.
“Hazırda baş nazirin səhhəti sabit, qənaətbəxşdir. Həkimlər onun xəstəxanada müalicə alacağı barədə qərar qəbul edib”, - mətbuat xidmətindən bildirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti