Baydendən Konqresə təklif: Rusların pulu Ukrayna üçün xərclənsin
Ağ Ev əlavə edib ki, bu təklif oliqarxların aktivlərinin ələ keçirilməsi prosesini sadələşdirmək, müsadirə edilməli olan aktivlərin əhatə dairəsini genişləndirmək, həmçinin gəlirlərin Ukraynaya axmasına imkan vermək məqsədi daşıyır.
Bu, ABŞ-da Rusiya oliqarxlarına məxsus sanksiyalar altında olan və müəyyən qanunsuz fəaliyyətlərlə əlaqəli əmlakın müsadirə edilməsi üçün Xəzinədarlıq və Ədliyyə Departamentlərinin cəlb olunduğu yeni, sadələşdirilmiş inzibati prosesdir.
Bundan əlavə, prezident cümə axşamı Konqresə Kiyevə əlavə hərbi yardım üçün müraciət göndərir. Bayden həmçinin aktivləri ələ keçirmək üçün xarici tərəfdaşlarla işləmək imkanlarını genişləndirməyi təklif edəcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


