"Azərsun Sənaye Parkı”nda yanğın: Helikopterlər və qatar cəlb olunub

   "Azərsun Sənaye Parkı”nda yanğın:    Helikopterlər və qatar cəlb olunub
  28 Aprel 2022    Oxunub:1338
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.
AzVision.az xəbər verir ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.



Əlavə məlumat veriləcək.













AzVision.az


Teqlər:



Xəbər lenti