Valideynləri Ukraynada ölən amerikalı muzdlunu axtarır - FOTO

         Valideynləri Ukraynada ölən amerikalı muzdlunu axtarır -    FOTO
  29 Aprel 2022    Oxunub:733
Ukraynada özəl hərbi şirkətdə işləyən ABŞ vətəndaşı ölüb.AzVision.az xəbər verir ki, bu barədə CNN həmin hərbçinin anası Kabreraya istinadən məlumat yayıb.
Xarkovda 30-a yaxın polşalı muzdlu öldürülüb
22 yaşlı Villi Josef Kanselin anası oğlunun bazar ertəsi öldürüldüyünü, cəsədinin isə tapılmadığını söyləyib. CNN Kabreradan sitat gətirərək yazır ki, muzdlu qaydada çalışan gənci işə götürən hərbi şirkət onu martın birinci yarısında Ukrayna qoşunlarına köməyə göndərib. Döyüşdüyü müddətdə isə ona pul ödənilib.

- Kanselin martın 12-də Polşaya uçub və 12-13 mart tarixləri arasında Ukrayna sərhədini keçib.

Qadın onu da deyib ki, keçmiş dəniz piyadası Kanselin döyüşdüyü muzdlular qrupu müxtəlif ölkələrin vətəndaşlarından ibarət olub.

Xatırladaq ki, bu günlərdə Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü CNN-ə açıqlamasında Ukraynada bir vətəndaşın öldüyünü, digərinin isə itkin düşdüyünü açıqlamışdı.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir müddət öncə 60-dan çox ölkədən 7 minə yaxın muzdlunun Ukraynaya gətirildiyini demişdi. Qeyd edilirdi ki, onların arasında Polşa, ABŞ, Kanada, Rumıniya, Böyük Britaniya, Gürcüstan vətəndaşları da var.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Muzdlu   ABŞ   Ukrayna  





Xəbər lenti